суббота, 21 января 2017 г.

Vaginoplastika- Uşaqlıq yolunun daraldılması




Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.

Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur – nəticədə uşaqlıq yolu  daraldılır.

Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir.Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır.Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır. Belə qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi olur. Həmçinin cinsi yaxınlıq zamanı əks cinsində də problemlərin yaranmasına səbəb olur.

Vaginoplastika əməliyyatı nəticəsində vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlki vəziyyətin əldə olunmasına nail olunur.

Əməliyyat sonrası dövr necə olur?

Əməliyyatdan sonra əməliyyat nahiyəsində agrı müşahidə olunmur. Əməliyyatdan sonra xəstəyə antibiotik  və yerli antiseptiklər təyin edilir.  

Vaginoplastikadan neçə gün sonra işə qayıda bilərəm?

Xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. 

среда, 18 января 2017 г.

Liposaksiya nədir?


Liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur. Tamamilə arıqlama əməliyyatı deyil, sadəcə bədən konturu düzəltmə əməliyyatıdır. Bu əməliyyatla həcmi artmış, pəhriz və idmanın təsir etmədiyi piy toxuması bədəndən uzaqlaşdırılır və mövcud piy hüceyrələrinin sayı da azaldılmış olur.Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur.

Liposaksiyanı 20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar. 
Göstərişlər. Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə (məslən: bel nahiyyəsinin liposaksiyası+abdominoplastika, alt çənə nahiyyəsinin liposaksiyası+liftinq (yuxarı çəkilmə) birlikdə oluna bilər. Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiyanın olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır. 
Hansı nahiyyələr liposaksiya üçün uyğundur?
 · Bud
  · Yan 
     · Baldır
     · Qollar
     · Qarın
· Üz
          · Çənə altı

Abdominoplastika - Qarın gərmə əməliyyatı



Abdominoplastika  və ya qarin gərmə əməliyyatı, qarındivarındakı artıq  yağ və dərinin çıxarılaraq  və qarındivarındakı  genişlənmiş əzələlərin  forma verilərək,qarın divarının yenidən gəncləşdrilməsi və şəkilverilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə  və  həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə  bir-birindən ayrılmasıyla meydana gələn  düz əzələ diastazı adı verilən problemdə  bu əməliyyatla ləğv olunur.
Abdominoplastika üçün  ən uyğun pasiyentlər  kimlərdir?

Abdominoplastika əməliyyatı,  əməliyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq  toxumanı dieta və idman ilə ata bilməyən sağlam insanlardır. Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağının olması (plastika baxımından ), qarın divarındakı əzələlərin və  ve dərinin hamiləlik dövründəgərilərək elastikliyinin itirməsi və düz əzələ diastazının qadınlarda daha çox rast gəlinməsidir. Piylənmə isəhəm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir
Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.

Qadınlarda anal çat və onun müalicəsi



QADINLARDA ANAL ÇAT

Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bi...lər. Bu xəstəliyin səbəbi mexaniki amillər, xüsusən nəcisin tərkibində olan bərk qalıqların olması və təbii doğumdan sonra anal kanalda yırtıqların olması əsəs səbəp kimi qösterilir.
Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər.

Anal çatın əlamətləri:

Düz bağırsağın çatının əsas əlaməti ağrıdır.Ağrı xarakterinə, intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur. Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə isə defekasiya aktı bitdikdə ağrı da azalır.
Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.
Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınlarda adət pozğunluğuna səbəb olur.

Anal Çatın əsas əlamətindən biridə QANAMADIR !

Qan adətən defekasiya aktı zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu xüsusiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.

MÜALİCƏSİ:

Anal kanalın çatının həm konservativ yəni dərman mualicəsi həm də cərrahi yolla mualicəsi mümkündür. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox üstünlük verilir. 

Qarnın ön divarının yırtıqları


Yırtıq Nədir?

Yırtıq, qarın divarındakı yırtıqdan xaricə çıxan daxili orqanların, dəri altında bir şişlik yaratmasıdır. Şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə rahatlamaq üçün yırtığı içəriyə doğru salmağa çalışır.
Qarın divarı yırtıqları anadangəlmə və ya qazanılmış (sonradan yaranan kiçik bir nöqtədən əmələ gələ bilər) ola bilər. Qasıq yırtıqları, göbək yırtıqları və göbək ətrafı yırtıqları anadangəlmə olaraq kiçik bir nöqtədən yaranan yırtıqlardandır. Sonradan yaranan kiçik nöqtələr isə əməliyyat yerləridir. Əvvəl əməliyyat edilmiş yerdə ortaya çıxan yırtıqlara kəsik yeri yırtıqları deyilir. əvvəl əməliyyat keçirmiş insanlarda qarın içi təzyiqi ani olaraq artıran ağır qaldırmaq, xronik qəbizlik, öskürək, sıxınmaq kimi hallar, yırtığın əmələ gəlməsini və meydana çıxmasını asanlaşdırır

YIRTIQ NİYƏ YARANIR

Qarın divarı yırtıqlarının təxminən 90%-i qasıq yırtıqlarıdır. Qasıq yırtıqları daha çox kişilərdə rastlanır. Bəzi qasıq yırtıqları doğuşdan sonra bağlanmalı olan qasıq kanalının bağlanmaması və ya həyat ərzində açılması nəticəsində ortaya çıxar. (birbaşa olmayan yırtıqlar). Bəzi qasıq yırtıqları qarın əzələsinin gərilməsi nəticəsində meydana gəlirlər ( birbaşa olan yırtıqlar). Göbək yırtıqları göbək çuxurunun içindən çıxan yırtıqlardır. Göbək çuxuru da qasıq kanalı kimi qarın divarının anadangəlmə olaraq zəif nahiyələrindən biridir. Göbək yırtıqlları daha çox qadınlarda rastlanır. Göbək ətrafı yırtıqlar nisbətən az rastlanır. Kəsik yeri yırtıqları əvvəlcədən əməliyat olmuş xəstələrdə, kəsik yerinin üstündə olur.
Bütün qarın divarı yırtıqlarının müalicəsi cərrahidir

вторник, 17 января 2017 г.

Öd kisəsi polipləri


Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.

Öd kisəsi polipinin 5 növü mövcuddur:

1. Xolesterol tipli öd kisəsi polipləri -  bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.

2. Adenomiomalar  -  Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.

3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri  5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.

4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.

5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.

Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT)  muayinəsi faydalıdır.

-Müalicə-

 Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laparoskopik xolesistektomiyadır.

Öd daşı xəstəliyi





Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Öd daşı xəstəliyinin risk faktorları

- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur; 
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir; 
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması; 
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur; 
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir; 

Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:

- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;

- ağızda aclıq hissiyyatı;

- meteorizm, ürəkbulanma;

- üşütmə, temperaturun bir qədər yüksəlməsi;

- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;

- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.

MÜALİCƏSİ CƏRRAHİDİR...